Türkiyədən dönən “Azov” komandirləri cəbhəyə qayıtmaq niyyətindədirlər


Ukraynanın “Azov” alayının komandirlərindən biri Denis Prokopenko döyüşü davam etdirmək üçün geri qayıtdıqlarını bildirib.

“Report” xəbər verir ki, bu barədə hərbi birləşmənin komandirlərindən biri Denis Prokopenko Lvovda jurnalistlərə açıqlamasında bildirib.

“Biz hələ döyüşdə öz sözümüzü deyəcəyik”, - o qeyd edib.

Döyüş əməliyyatları ilə bağlı aydınlaşdırıcı suala o belə cavab verib: “Biz elə ona görə qayıtmışıq”.

Ukrayna Prezidenti Volodimir Zelenski “azov”çuların qayıdışı ilə bağlı təfərrüat verməkdən yayınıb: “Elə şeylər var ki, təfərrüatlar gələcək nəticələrə mane olur”.

Xatırladaq ki, Volodimir Zelenski Ankaraya səfər edib Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra “Azov” komandirləri Türkiyədən Ukraynaya qaytarılıb. Kremlin sözçüsü Dmitri Peskov bunun razılaşmalara zidd olaraq edildiyini bildirsə də, nə Ukrayna, nə də Türkiyə tərəfi onun bu açıqlamasına münasibət bildirib.