Şəhərdə aslan panikası: Polisdən "Çıxmayın" xəbərdarlığı

Alman polisi Berlinin cənub-qərbində yaşayan vətəndaşlarına şir hücumu təhlükəsinə qarşı xəbərdarlıq edib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Berlini əhatə edən Brandenburq əyalətində polis səhər tezdən həyacan siqnalı verib.

 
Vətəndaşlardan evlərini tərk etməmələrini və ev heyvanlarını mənzillərinə aparmalarını xahiş edən polis daha sonra xəbərdarlıqlarını genişləndirib.

Berlinin cənub bölgələrini də əhatə edən yeni xəbərdarlığa görə; ərazidə bir aslan görünüb.

Səlahiyyətlilər hadisə ilə bağlı işə başlayıb, aslanı axtaran qrup arasında vertolyotlar, baytarlar və iki ovçu da var.

Axtarışda olan aslanın kimə aid olması barədə polis hələlik açıqlama verməyib.

Turan