Moskva Bayramov və Mirzoyanla bağlı “çalışır”

Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi üçün yaxşı şanslar var.

Axar.az xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

“Mənə elə gəlir ki, şanslar çox yüksəkdir. Hazırda belə bir görüş üzərində işləyən ekspertlərdən dəqiq tarix haqqında məlumat ailan kimi mütləq sizinlə paylaşacağıq”, - o bildirib.