Şimali Koreya ABŞ-ı nüvə silahı ilə hədələyib

“ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus strateji sualtı qayığının Cənubi Koreyanın Busan limanına daxil olması bizim nüvə silahından istifadə etməyimizə səbəb ola bilər”.

“Report” xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikasının (KXDR) müdafiə naziri Kanq Sun Nama deyib.

“Biz ABŞ ordusuna xatırladırıq ki, strateji yerləşdirmələrin, o cümlədən strateji nüvə sualtı qayıqlarının görünməsinin artırılması nüvə silahının istifadəsi şərtlərinə daxildir”-deyə, o bildirib.

Nazir bildirib ki, ABŞ onun nüvə aktivlərinin çox təhlükəli sulara daxil olduğunu bilməlidir.