Ukrayna Baxmut ərazisində irəliləyib 

Ukrayna ordusu Donetsk vilayətinin Baxmut şəhərinin cənub cinahı istiqamətində 1,8 km irəliləyib.

“Report” “UNIAN”a istinadən xəbər verir ki, bu barədə ABŞ-n Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Bildirilib ki, rusiyalı blogerlər də Baxmutun şimal cinahında Ukrayna qoşunlarının irəlilədiyini təsdiqləyiblər.

“Rusiya hərbi komandanlığı Ukraynanın bölgədəki hücumlarından qorunmaq məqsədi ilə Baxmut bölgəsinə çoxlu sayda qüvvə cəmləşdirib”, - institutdan qeyd olunub.

Amerikalı təhlilçilərin hesablamalarına əsasən, Ukrayna Silahlı Qüvvələri Orexovdan cənuba və cənub-şərqə gündə təxminən 100 metr irəliləyir.

Qeyd edək ki, Orexov Ukraynanın Zaporojye vilayətinin şəhəridir.