Zelenski Ukraynanın Britaniyadakı səfirini vəzifəsindən azad edib

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Böyük Britaniyadakı səfiri Vadim Pristaykonu vəzifəsindən azad edib.

APA "Ukrinform"a istinadən xəbər verir ki, müvafiq qərar Ukrayna prezidentinin saytında dərc edilib.

Qeyd edək ki, bir müddət əvvəl səfir Vadim Pristayko Zelenskinin Böyük Britaniya müdafiə naziri Ben Uollasla bağlı fikirlərini "qeyri-sağlam sarkazm" adlandırıb. Britaniya KİV-in məlumatına görə, diplomat Prezidenti tənqid etməsindən sonra Kiyevdən sərt tonda telefon zəngi qəbul edib.