Baydenin xanımı koronavirusa yoluxdu

ABŞ Prezidenti Co Baydenin xanımı Cil Bayden koronavirusa yoluxub. 

"Sherg.az" xəbər verir ki, bu barədə  Ağ Evin sözçüsü Karine Cin-Pierre açıqlama yayıb.

Cin-Pierre  Prezident Baydenin test nəticəsinin mənfi olduğunu bildirib. O qeyd edib ki, C. Bayden müəyyən aralıqlarla test ediləcək, nəzarətdə saxlanılacaq.

Qeyd edək ki, ABŞ Prezidenti  21 iyul 2022-ci ildə koronavirusa yoluxmuşdu.