İran İsraili vurmaq üçün bu ölkədə hava limanı inşa etdi

İran İsrailə zərbə vurmaq üçün sərhədimizdən 20 kilometr aralıda, Livanın cənubunda hava limanı inşa edib.

Axar.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib.

O, bəzi peyk şəkillərini nümayiş etdirərək hava limanında İran və terror təşkilatı olan Livan Hizbullahının bayraqlarının dalğalandığını göstərib.

Qallant bu hava limanını İranın İsrailə zərər vurmaq üçün həyata keçirdiyi terror aksiyalarının bir hissəsi adlandırıb.

“Vətəndaşlarımıza yönələn istənilən təhlükəyə qarşı tədbirlər görəcəyik”, - müdafiə naziri xəbərdarlıq edib.