Ailə üzvləri təpki ilə qarşılayıb

Robin Villiamsın səsinin süni intellektlə  canlandırılması bəyənilmədi

Məşhur Hollivud “ulduzu” Robin Villiamsın səsinin süni intellektlə  canlandırılmasını ailə üzvləri təpki ilə qarşılayıb. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, son zamanlar bir çox məşhurların, hətta siyasi xadimlərin də səsləri süni intellekt vasitəsilə canlandırılmasına təpkilər var.

 Bu dəfə isə süni intellekt  Hollivud “ulduzu”, 2014-cü ildə vəfat etmiş istedadlı aktyor Robin Villiamsın səsiylə danışıb. Aktyorun qızı isə atasının səsinin süni şəkildə canlandırılmasına etiraz edib. Zelda Uilyams nəinki atasının, ümumiyyətlə, tanınmış şəxslərin səsinin süni texnologiya ilə canlandırılmasının doğru olmadığı fikrindədir. “İllərdir ki, süni zəka vasitəsilə məşhurların bir çoxunun “yenidən canlandırılması” planına şahidlik edirəm. Bu, olduqca ciddi bir durumdur”, - söyləyən Zelda Uilyams bu durumu çox üzücü və rahatsızlıq verən adlandırıb. “Atamın səsindən yararlanaraq öz istədiklərini söyləməyə çalışırlar. Bu, heç də yaxşı hal deyil. Bu, böyük insanların zəif surətidir”.

 Qeyd edilir ki, ABŞ-dəki Bəyaz Pərdə Aktyorları Dərnəyi ilə Amerika Televiziya və Radio Sənətçiləri internet səhifələrində birgə bəyanat yayaraq süni intellektin aktyor və aktrisaların səsindən yararlanmasına etiraz edirlər.