Netanyahu: “İsrailin məqsədi ərazisini düşmənlərdən təmizləməkdir”

“Qəzzadan gələn fələstinlilərin hücumu qarşısında İsrailin hazırkı əsas məqsədi ölkəyə girən yaraqlılardan təmizləməkdir”.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin təhlükəsizlik qüvvələrinin rəhbərliyi ilə keçirdiyi təcili görüşdən sonra deyib.

“Bu səhərdən etibarən İsrail dövləti müharibə vəziyyətindədir. Bizim ilk vəzifəmiz ərazimizə daxil olan düşmən qüvvələrini təmizləmək, hücuma məruz qalmış icmalarda təhlükəsizlik və sakitliyi bərpa etməkdir”, - deyə baş nazir bildirib.

“İkinci məqsəd, Qəzza zolağı da daxil olmaqla, düşməndən əvəzimizi çıxmaqdır. Üçüncü məqsəd başqa cəbhələri gücləndirməkdir ki, heç kim səhvən bu müharibəyə qoşulmasın”, - Netanyahu qeyd edib.

Eyni zamanda o, bir daha həmvətənlərini xarici təhlükə qarşısında birləşməyə çağırıb. “Biz müharibədəyik. Müharibədə soyuqqanlılığı qorumaq lazımdır. Mən bütün İsrail vətəndaşlarını ali məqsədimizə - müharibədə qələbəyə nail olmaq üçün birləşməyə çağırıram”, - deyə hökumət başçısı fikrini yekunlaşdırıb.

Mənbə: TASS