AFP: Əfqanıstanda zəlzələ qurbanlarının sayı mini ötüb

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 1 000-i ötüb.

“Report” xəbər verir ki, bu barədə AFP “Taliban” hökumətinin nümayəndəsi Bilal Kərimi istinadən bildirib.

“Təəssüf ki, qurbanların sayı böyükdür... Ölənlər 1 000-dən çoxdur”, - o deyib.

Xatırladaq ki, oktyabrın 7-də yerli vaxtla saat 11:00 radələrində Əfqanıstanın Herat şəhərindən 40 km qərbdə 6,3 maqnitudalı zəlzələ olub. Təbiət hadisəsi qonşu Badqis və Fərəh əyalətlərində də hiss olunub. ABŞ Geoloji Xidmətinin verilənlərinə görə, ilk zəlzələdən sonra 5,9 və 5,5 maqnitudalı daha bir neçə təkan baş verib.