Zəlzələdə həlak olanların sayı 2,4 min nəfəri ötüb - YENİLƏNİB


Oktyabrın 7-də Əfqanıstanın qərbində baş vermiş zəlzələdə həlak olanların sayı 2,4 min nəfəri ötüb.

Bu barədə “TOLO News” kanalı Taliban hökumətinin rəsmisinə istinadla məlumat yayıb.

Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin nümayəndəsi Məhəmməd Canan Saikin sözlərinə görə, zəlzələ nəticəsində ölənlərin sayı 2400-ü ötüb, ən azı 2000 nəfər yaralanıb.

Saik daha əvvəl zəlzələ qurbanlarının sayının 9240 nəfərə yaxın olduğunu bildirsə də, sonradan bu məlumat təkzib edilib.