Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilər  - Vitse-spiker

Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilər.

Trend-in məlumatına görə, bunu Gürcüstan parlamentinin vitse-spikeri Qiya Volski deyib.

"Əsas odur ki, həm Bakı, həm də İrəvan bu istiqamətdə Gürcüstanın resurslarından istifadə etmək istəsin", - o bildirib.

“Cənubi Qafqazda sülh olmalıdır”, - Volski əlavə edib.