Paşinyan Ermənistanda fərarilik hallarının geniş yayıldığını etiraf etdi

Ermənistanda vətəndaşların hərbi xidmətdən yayınma cəhdləri ölkənin təhlükəsizlik problemlərindən biridir.

Trend xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan İstintaq Komitəsinin yaradılmasının növbəti ildönümünə həsr olunan iclasda bildirib.

“Biz ölkənin təhlükəsizliyi sahəsində mövcud problemləri böyük ağrı ilə qəbul edirik. Bu vəziyyət dərin sosial-psixoloji ziddiyyətləri ortaya qoyur. Ermənistanda nə baş verdiyini anlamaq lazımdır”, - o söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə əmrə tabe olmama və dezertirliyə görə hərbi və mülki şəxslər olmaqla 12 600 nəfərə cinayət işi açılıb.