Fransada bu klublara yardım kəsilib

Fransada yerli və regional radio stansiyaları şəbəkəsi olan France Bleu-nun xəbərinə görə, 65-i Ile-de-France bölgəsində olan 69 basketbol klubu bir neçə gün ərzində Fransa Basket Federasiyasına (FBF) məktub göndərib. 

“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, məktubda federasiyadan daxili qaydaların dəyişdirilməsi və basketbolçuların yarışlarda hicab taxmasına icazə verilməsi xahiş olunub.

Daha sonra İle-de-Frans bölgəsi "dünyəviliyə sadiq olduğunu" bəyan edərək bölgəsindəki basketbol klublarına yardımını dayandırmaq qərarına gəlib.

Qeyd edək ki, Fransa Futbol Federasiyası və FBF idmançıların yarışlarda hicab taxmasını qadağan etdiyi halda, Fransa Həndbol Federasiyası buna icazə verir.

Hicab qadağası səbəbindən basketbolçu Salimata Sylla daxil olmaqla hicablı basketbolçular rəsmi yarışlarda iştirak edə bilməz.

Xatırladaq ki, Fransalı idmançılara gələn il Parisdə keçiriləcək Olimpiadada hicab taxmaq qadağan edilib.
Mənbə: Haber Global