Asteroid nümunəsini araşdıran NASA elan etdi: Bennuda həyat izləri 

Üç il əvvəl Bennu asteroidinin səthindən nümunələr toplayan NASA-nın “Osiris-Rex” kosmik gəmisi keçən ay nümunələri möhürlənmiş kapsulda Yerə göndərib.
“Sherg.az” xarici mediaya isyinadən xəbər verir ki, 2016-cı ildə orbitə buraxılan “Osiris-Rex” kosmik gəmisi nümunələri 7 illik səyahətdən sonra keçən ay Yerə gətirib. Nümunələr sentyabrın 24-də Yerə çatıb.
NASA Administratoru Bill Nelson bildirib ki, "Osiris-Rex” tərəfindən qaytarılan nümunə indiyə qədər Yerə qaytarılmış ən böyük karbonla zəngin asteroid nümunəsidir və elm adamlarına gələcək nəsillər üçün planetimizdə həyatın mənşəyini araşdırmaqda kömək edəcək:
“NASA-da etdiyimiz hər şey kim olduğumuz və haradan gəldiyimizlə bağlı suallara cavab vermək məqsədi daşıyır. "Osiris-Rex” kimi NASA missiyaları Yeri təhdid edə biləcək asteroidlər haqqında anlayışımızı yaxşılaşdıracaq."
NASA prezidenti həmçinin karbonun asteroid nümunəsinin ümumi çəkisinin demək olar ki, 5 faizini təşkil etdiyini, həm üzvi, həm də mineral formada olduğunu, suyun isə gil minerallarının kristal quruluşunda olduğunu bildirib.
Qeyd edək ki, Tapıntılar nümunənin elektron mikroskopiya, rentgen-kompüter tomoqrafiyası ilə skan edilməsini əhatə edən ilkin analiz nəticəsində əldə edilib. 
NASA-nın verdiyi açıqlamada, “Asteroiddən gələn qayaların, tozların sirləri önümüzdəki illərdə araşdırılmağa davam edəcək və günəş sistemimizin necə əmələ gəldiyi, həyatın quruluş daşlarının necə olduğu haqqında məlumatları ortaya çıxaracaq” deyilib.

Mənbə: Hürriyət qəzeti