Tramp prezident olarsa, NATO-nu məhv edəcək - NYT

Avropa hökumətləri ciddi narahatdır ki, Donald Tramp Ağ Evə qayıtsa, o, Ukraynaya yardımı tamamilə dayandırmaqla yanaşı, həm də NATO-nu qəsdən məhv edə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms”ın yaydığı məqalədə bildirilib.

Qeyd edilib ki, NATO mövcud olduğu müddətdə həm Respublikaçılar, həm də Demokratlar bu təşkilatı ABŞ-ın dünya səhnəsində gücünü və təsirini artırmaq üçün alət kimi görürdülər:

"Tramp prezident olanda dəfələrlə Avropanın müdafiə xərclərini artırmayacağı təqdirdə ABŞ-ı alyansdan çıxacağı ilə hədələyib. Hazırda güclənən yeni seçki kampaniyasında Tramp indiyə qədər öz niyyətləri haqqında çox az danışıb. Bununla belə, onun rəsmi kampaniya saytında aşağıdakı cümlə var: “Biz NATO-nun məqsəd və missiyasını əsaslı şəkildə yenidən qiymətləndirməklə mənim administrasiyam zamanı başladığımız prosesi başa çatdırmalıyıq”.

Həm Trampın özü, həm də onun tərəfdaşları bu ifadənin konkret məzmununu açıqlamaqdan imtina edirlər. ABŞ-ın Avropadakı müttəfiqləri bundan narahatdırlar".