Rusiyada yol polisinin məlumat bazası çöküb

Rusiyada yol polisinin məlumat bazası çöküb.
APA-nın Moskva müxbiri xəbər verir ki, proqram təminatını yeniləmək cəhdindən sonra Rusiyada yol polisi məlumat bazasında texniki nasazlıq baş verib.
Dövlət Yol Müfəttişliyindən verilən məlumata görə, hazırda bütün Rusiya ərazisində avtomobillərin qeydiyyatı və sürücülük vəsiqələrinin verilməsi müvəqqəti olaraq dayandırılıb.

Problemlərin aradan qaldırılmasının bir neçə saatdan bir neçə günə qədər davam edəcəyi bildirilib.