Astana və İrəvan anlaşma memorandumu imzaladı

Qazaxıstan və Ermənistanın Mərkəzi Seçki Komissiyaları arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

Bildirilib ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan və onun müşaviri Andranik Terteryan Astanada keçirilən “Konstitusiya islahatları və seçki sistemi” beynəlxalq konfransında iştirak ediblər.