Sonuncu fransız hərbçilər də bu ölkəni tərk edir

Nigerdə ​​qalan fransız qoşunları dekabrın 22-dək ölkəni tərk edəcək.
​Axar.az xəbər verir ki, bu barədə “Frans-Press” agentliyi Niger ordusuna istinadla məlumat yayıb.
“Dekabrın 22-dək bütün fransız əsgərləri, eləcə də onların texnikası nəhayət Nigeri tərk edəcək”, - məlumatda qeyd olunub.
Niger hökumətinin nümayəndəsi ORTN telekanalına müsahibəsində deyib ki, Fransanın 1346 hərbçisi və texnikasının 80 faizi artıq ölkəni tərk edib. Hazırda Nigerdə Fransa hərbi kontingentinin 157 nümayəndəsi qalıb ki, onların da 75-i texniki heyətdir.