Qəzzada çəkilən foto gündəm oldu

Qəzzada çəkilən foto sosial mediada gündəm olub.
Bakupost.az xəbər verir ki, İsrail ordusu həftələrlə davam edən hücumlarla Qəzza zolağını darmadağın edib. Hücumlarda əksəriyyəti uşaq və qadınlardan ibarət minlərlə dinc sakin həlak olub.
Sosial şəbəkələrdə hər gün müharibədən yeni görüntülər yayılır.
Yayılan fotolardan birində İsrailin hücumlarına qarşı sağ qalmağı bacaran mülki vətəndaşların bir bölgədə toplandığı görülüb.
Foto sosial mediada gündəm olub. “Çox üzücüdür... Dünya birləşib sülhə, insanlığa qucaq açmalıdır. Məğlub olan İsrail əsgərləri çox acizdirlər” , kimi şərhlər yazılıb.