Türkiyənin Qırğızıstandakı səfirliyi yaxınlığında avtomobil partlayıb

Türkiyənin Qırğızıstandakı səfirliyi yaxınlığında avtomobil partlayıb.
APA xəbər verir ki, bu barədə “Vesti Kyrgyzstan” məlumat yayıb.
Partlayış nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Xatırladaq ki, bu gün səhər saatlarında Bişkekdə xəstəxana və ticarət mərkəzlərinə bombaların qoyulması barədə məlumat daxil olub. Bir sıra binaların içərisində olanların hamısı təxliyə edilib.