PKK-nın qadın liderlərindən biri məhv edildi (FOTO)

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatının məsul şəxslərindən birini "SİHA" əməliyyatı ilə zərərsizləşdirib.
Trend bu barədə Türkiyə KİV-inə istinadən xəbər verir.
Məlumata görə, "Mizgin Guyi" kod adlı terrorçu Sebahat Ormanlı yaşıl kateqoriyada axtarışda olub. 2022-ci ildən etibarən PKK/KCK terror təşkilatına qatılan Sebahat Ormanlının Türkiyənin böyük şəhərlərində hücum təlimatı verdiyi qeyd olunub.