Türkiyə parlamentində çıxışı zamanı huşunu itirən deputat vəfat edib

Türkiyə parlamentində çıxışı zamanı huşunu itirən Səadət Partiyasının deputatı vəfat edib.
APA xəbər verir ki, səhiyyə naziri Fəxrəddin Qoca Kocaelinin deputatı Hasan Bitmezin vəfat etdiyini açıqlayıb.
Qeyd edək ki, Hasan Bitmez dekabrın 12-də parlamentdə çıxışı zamanı huşunu itirərək yıxılıb. O, daha sonra xəstəxanaya yerləşdirilmişdi.