Putin Rusiya-Fransa münasibətlərinin pisləşməsində Makronu günahlandırıb

Rusiya Fransa ilə əməkdaşlığa hazırdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında Fransanın TF1 telekanalının müxbirinin sualını cavablandırarkən deyib.
O, Fransa prezidenti Emmanuel Makronla yaçl, mehriban və işgüzar əlaqələrinin olduğunu söyləyib:
"Lakin hansısa məqamdan sonra Makron əlaqələri dayandırdı. Biz dayandırmadıq ki, Fransa dayandırdı. Bu münasibətlərə son qoyan Makron olub. Əgər Fransanın marağı varsa biz bundan sonra da əlaqələri davam etdirməyə hazırıq", deyə Putin vurğulayıb.