BQXK-nın Prezidenti Fələstinə gedib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Prezidenti Mirjana Spoljaric Fələstinə səfər edib.

APA xəbər verir ki, bu barədə BQXK-nin Prezidenti "X" hesabında paylaşım edib.
O bildirib ki, İordan çayının qərb sahilində Fələstin Səhiyyə Nazirliyi və Fələstin Qırmızı Xaç Cəmiyyətinin rəhbərliyi ilə görüşəcək.
"Mən həmçinin Məhbuslarla İş üzrə Komitə ilə görüşəcəm", o əlavə edib.