Ermənistan "xaç atası"ndan niyə imtina etdi?

Ənənəvi olaraq Rusiyadan silah, hərbi texnika alan Ermənistan son vaxtlar Fransa və Hindistanla silah-sursat əldə etmək sahəsində əməkdaşlığı inkişaf etdirir. Dünyada silah satışında liderlər ABŞ, Rusiya və Çindir. Onların ardınca Hindistan, Fransa, Yaponiya və Braziliya gəlir. Ukraynada döyüş meydanı bir tərəfdən NATO silahlarının həqiqi qiymətini, digər tərəfdən isə Rusiyanın müəssisələrində istehsal olunan hərbi texnikanın imkanlarını göstərir.

Axar.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”da dərc edilən məqalədə bildirilib.

“Paşinyan bildirib ki: “Ermənistanın təhlükəsizlik arxitekturası 99,999% Rusiya ilə bağlıdır, o cümlədən silahların alınması baxımından. Amma bu gün Rusiyanın özünün silaha ehtiyacı olduğu bir vaxtda aydındır ki, istəsəydi də, Ermənistanın təhlükəsizlik ehtiyaclarını təmin edə bilməzdi”.

Bu sözlərdən sonra İrəvanın müdafiə sənayesində Dehli və Parislə əlaqələri nəzərəçarpacaq dərəcədə dərinləşdi. Fransa artıq Ermənistana əvvəllər Ukrayna üçün nəzərdə tutulmuş “Bastion” zirehli texnikası göndərib.

Ermənistanın müdafiə naziri Papikyan isə qeyd edib: “İrəvan Rusiya silahlarına alternativ silahlar əldə etmək imkanını nəzərdən keçirir və əhəmiyyətli nəticələrə yaxındır”.

Bu arada, təkcə keçən il Rusiya 47 ölkəyə silah tədarük edib. 1992-ci ildən bəri döyüş təyyarələri və helikopterlər Rusiyanın əsas ixracat məhsulları arasındadır. Stokholm Sülh Araşdırmaları İnstitutunun hesabatlarına görə, 2018-2022-ci illərdə ümumilikdə bu texnikalardan 328 ədəd satılıb ki, bu da dövr ərzində ümumi ixrac satışlarının 40%-ni təşkil edir”, - məqalədə bildirib.

Müəllifin fikrincə, Ermənistan doğru seçim etmir və aldıqları silahlar onun təhlükəsizliyini təmin etməyəcək.