İran təhlükəsizlik qüvvələri hərəkətə keçdi – Qisas əməliyyatı

İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Rusk bölgəsində yerləşən polis idarəsində terror aktı törədilib. 
Globalinfo.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Hadisə nəticəsində 12 polis əməkdaşının öldüyü, 7-nin yaralandığı bildirilir.
Məlumata görə, hücumu “Ceyş-ə-Zəlum” qruplaşması törədib.
İran təhlükəsizlik qüvvələri hadisəni törədənləri zərərsizləşdirmək üçün hərəkətə keçib.