“3+3” formatının qapıları hələ də Gürcüstan üçün açıqdır - Rusiya XİN

Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranın daxil olduğu “3+3” formatının qapıları respublikanın qoşulmağa hazır olduğunu bildirmək şərti ilə hələ də Gürcüstanın üzünə açıqdır.

Trend xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin jurnalistlərə bildirib.

"Gürcüstan qonşularımız üçün "3+3” formatında qapılar həmişə açıqdır. Nə vaxt və bu formatda iştirak etməyə hazır olduqları təqdirdə, bütün digər beş ölkə, ümumiyyətlə, əminəm ki, bunu alqışlayacaqlar” , - deyə Qaluzin qeyd etdi. O, həmçinin Rusiyanın bu formatda fəal iştirakını davam etdirdiyini vurğulayaraq, regional problemlərin həlli üçün regional əməkdaşlığın vacibliyini vurğulayıb.