ABŞ esminesi Qırmızı dənizdə 14 PUA-nı vurdu

Bu gün Qırmızı dənizdəki ABŞ esminesi Yəməndə husilərin nəzarətində olan ərazidən buraxılan 14 PUA-nı vurub.

Axar.az xəbər verir ki, bu barədə Pentaqonun Mərkəzi Komandanlığı məlumat yayıb.

“Dekabrın 16-da səhər saatlarında ABŞ-ın “Carney” esminesi Qırmızı dənizdə Yəməndə husilərin nəzarətində olan ərazidən buraxılan 14 PUA-nı uğurla vurub”.

Məlumata görə, vurulan pilotsuz uçuş aparatları hücum xarakterli dronlar olub. Qırmızı dənizdə gəmilərə heç bir ziyan dəyməyib.