Ərdoğan: Türkiyə Rusiya ilə Ukrayna arasında İstanbul danışıqlarını başlatmağa hazırdır

Türkiyə Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq üçün İstanbul danışıqlarını yenidən başlatmağa hazırdır.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştdə Macarsıtanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bu məsələ müharibə yolu ilə həll oluna bilməz və tərəflər diplomatiyaya üstünlük verməlidirlər.

Ərdoğan onu da əlavə edib ki, Türkiyə İsrailin Qəzzaya hücumlarını dayandırması üçün səylərini davam etdirir.