Türkiyədə 3 nəfər cinayətkar dəstə başçısı həbs edilib

Türkiyədə 3 nəfər cinayətkar dəstə başçısı həbs edilib.
APA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” platformasında yazıb.
Nazirin sözlərinə görə, həbs olunanlardan ikisi İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olub - Polşada narkotik vasitələrin satışı ilə məşğul olan Thomas Josef Konrad və Çində dələduzluq əməllərinə görə Jinking Peng.

Həbs olunanlardan Daniel Alexander Muller isə Almaniyada külli miqdarda narkotik vasitələrin (1 ton kokain) müsadirəsindən sonra şübhəli şəxslərin sırasına daxil edilərək təcili həbs olunması üçün axtarışa verilib.

Yerlikaya əlavə edib ki, “KAFES-21” əməliyyatları davam edir.