Moldova Prezidenti Rusiyanı ölkədə sabitliyi pozmaqda ittiham edib

Moldova Prezidenti Maya Sandu Rusiyanı ölkədə sabitliyi pozmaq planlarında ittiham edib.
APA xəbər verir ki, bu barədə Moldova rəhbəri yerli “PRO-TV” kanalına müsahibəsində bildirib.
Maya Sandunun fikrincə, Rusiya həmin planları gələn ilin baharına yaxın həyata keçirməyə başlayacaq. O, 2024-cü ilin noyabrında Moldovada gözlənilən prezident seçkilərindən əvvəl ölkədə stabilliyi pozmaq cəhdlərində Rusiyanı ittiham edib.

“Rusiya Moldovadakı adamlarından istifadə edəcək, ola bilər ki, taktika dəyişsin”, - Moldova Prezidenti proqnoz verib.