Çində güclü zəlzələ: Ölənlərin sayı artdı

Çinin Qansu və Çinxay əyalətlərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı azı 116 nəfərə çatıb.
Axar.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, 1,5 mindən çox xilasedicinin iştirak etdiyi fəlakət zonasında genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.

***

Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 118 nəfərə çatıb.
Bu barədə yerli KİV məlumat yayıb.
Qeyd edək ki, ötən gün Çinin Qansu əyalətində 6,1 bal gücündə zəlzələ baş verib.