NATO Baş katibinin xüsusi nümayəndəsi Gürcüstanda səfərdədir

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xaviyer Kolomina Gürcüstanda səfərdədir.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, nazir Cuanşer Burçuladze Xavier Kolominanı qəbul edib və tərəflər siyasi əlaqələr, həmçinin təhlükəsizlik siyasəti istiqamətində müzakirə aparıblar.