Ərdoğan Taxıl Dəhlizi ilə bağlı Putinlə danışıqlar aparacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın zamanda rusiyalı həmkarı Vladimir Putinlə danışığı baş tutacaq.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə o, Macarıstan səfərindən geri dönərkən jurnalistlərə açıqlamasında bildirib.
“Danışıqlar zamanı Taxıl Dəhlizinin fəaliyyətinin davam etdirilməsi üçün əlimizdən gələni edək deyəcəm”, - o vurğulayıb.
Ərdoğan, Putindən müsbət cavablar alacağına ümid etdiyini deyib.