Rusiya və İran XİN başçıları telefonla danışıb

Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov və İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir Amirabdullahian arasında telefon danışığı olub.
APA-nın Rusiya müxbiri xəbər verir ki dekabrın 7-də Moskvada keçirilən yüksək səviyyəli Rusiya-İran danışıqları zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi kontekstində regional və ikitərəfli gündəliyin bir sıra aktual məsələləri müzakirə edilib.
Nazirlər həmçinin qarşıdakı təmasların qrafikini də razılaşdırıblar.