Avstraliyaya qolf topu böyüklüyündə dolu yağdı- Həlak olanlar var

Avstraliyanın Yeni Cənubi Uels ştatı doludan zərər çəkib. 
Sherg.az xəbər verir ki, qolf topu böyüklüyündə dolu Ruterford ətrafında park edilən avtomobillərə maddi ziyan vurub. 

Həmçinin Kvinslend ştatında güclü qasırğa baş verib. Fırtınadan elektrik xətləri və ağaclar uçarkən, evlərdə böyük dağıntılar yaranıb. Qızıl Sahil, Scenic Rim və Loqan bölgələrində 100 mindən çox ev işıqsız qalıb.

Küləyin sürətinin saatda 105 kilometrə çatdığı Qızıl Sahildə ağacın aşması nəticəsində 59 yaşlı qadın ölüb. Fırtınanın təsirinə məruz qalan Viktoriya ştatının Moe qəsəbəsində isə ağacın aşması nəticəsində bir nəfər ölüb.

Meteorologiya xidməti şiddətli fırtınanın təsirinin davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.