Moskvadan İrəvana jest: Yuxarı Lars açıldı

Ermənistanı Rusiya ilə əlaqələndirən yol qismən açılıb.
Gürcüstandan Rusiyaya Yuxarı Lars keçid məntəqəsi vasitəsilə minik nəqliyyat vasitələri üçün yol açılıb.
Bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vahan Akopyan bildirib.
Qeyd edək ki, əlverişsiz hava şəraiti ilə əlaqədar Gürcüstan Rusiya sərhədində yerləşən Yuxarı Lars sərhəd keçid məntəqəsi bir müddət tamamilə bağlanmışdı.

Məsələ ilə bağlı “Sherg.az”a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov bildirib ki, Rusiya ilə Ermənistan arasında kommnukasiyada əsas rol oynayan Yuxarı Lars keçid məntəqəsinin açılması təsadüfü deyil: 
“Paşinyanın MDB dövlət başçılarının görüşündə iştirakından dərhal sonra keçidin açılmasını Rusiyanın Ermənistana jesti kimi qiymətləndirmək olar. Rusiya yolun bağlı olmasına səbəb olaraq soyuq hava şəraitini bəhanə edirdi, amma bu zaman qədər ən əlverişsiz hava şəraiti olan vaxtlarda belə sözügedən yol bağlanmır, daim işləyirdi. Nikol Paşinyana jest edərək, münasibətlərin davam etməsi istiqamətində çağırış xarakteri daşıyır”. 

Politoloq Paşinyanın keçid məntəqəsinin açılması ilə tamamilə Qərbdən qopacağının inandırıcı olmadığını vurğulayıb:
“Hər halda Paşinyan əlində siyasi şantaj silahını saxlayır və ondan daha məharətlə istifadə edə bilir. Paşinyanın siyasi gedişlərində dəyişiklik edəcəyini hesab etmirəm. Amma bir şeyidə unutmaq olmaz ki, Ermənistanın xarici iqtisadiyyatında əsas aparıcı ölkə Rusiyadır. Müəyyən zaman kəsiyindən sonra məsələnin detalları daha aydın görünəcək”.