Blinkenin İsrailə səfəri təxirə salındı

ABŞ Dövlət katibi Entoni Blinken İsrailin paytaxtı Təl-Əvivə səfərini təxirə salıb.

Axar.az xəbər verir ki, bu barədə "Tayms of İsrail" nəşri məlumat yayıb.

Bildirilib ki, bu həftə sonu baş tutmalı olan səfər növbəti həftəyə ertələnib.

Səfərin hansı səbəbdən təxirə salındığı barədə məlumat yoxdur.