Qazaxıstanda Rusiya telekanalları yayım cədvəlindən çıxarılıb

Qazaxıstanın televiziya operatoru "Otau" TV Rusiyanın bütün telekanallarını, cümlədən bu ölkənin dövlət televiziyası olan "Birinci Kanal"ı yayım cədvəlindən çıxarıb.

"APA"nın Mərkəzi Asiya bürosu xəbər verir ki, bu ilin yanvar ayından etibarən Qazaxıstanda xarici informasiya təminatçıları olan xarici kanalların payı azalıb.

Onların yerini yerli əyləncə, kino və maarifləndirici kanalların fəaliyyət dairəsi genişləndirilib.

Qeyd edək ki, Qərb ölkələrinin "CNN" və "BBC" kimi xəbər kanallarının ölkə üzrə yayımı davam etməkdədir.