Süleymani ilə bağlı mərasimdə partlayış- 188 yaralı...

Qasım Süleymaninin Kermandakı məqbərəsi yaxınlığında baş verən partlayış nəticəsində yaralıların sayı 188-ə çatıb. 

APA xəbər verir ki, bu barədə Fars Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, yaralıları daşımaq üçün Kermana təyyarə göndərilir.

RİA Novostinin xəbərinə görə, ölənlərin sayı 103-ə çatıb.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə partlayış baş verib.