Bono yenidən İrəvanda: Qriqoryanla görüşdü

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Dövlət katibinin Qafqaz məsələləri üzrə baş müşaviri Lui Bono ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
“Həmsöhbətlər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini müzakirə edib, son danışıqlara və onlar çərçivəsində əldə olunmuş razılaşmaların icrasının gedişinə toxunublar”, - məlumatda deyilir.