Husilərə hücum: İran bu cür qisas aldı

ABŞ və Britaniyanın Yəmən husilərinə qarşı hava hücumlarına SEPAH cavab verib.
Axar.az xəbər verir ki, bu barədə SEPAH-in sosial media hesablarında paylaşımlar edilib.

Paylaşımlarda yayılan animasiyalarda SEPAH PUA-larının ABŞ və Britaniya qüvvələrinə qarşı genişmiqyaslı hücumları simulyasiya edilib.

İranlı internet istifadəçiləri bunu istehza ilə “İranın ağır qısası” adlandırıblar.