Erməni general atəş açıb qaçdı: yaralı var

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan Kotaykda baş verən instidentə görə həbs edilib.
Globalinfo.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.

***

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryan bir restoranda müştəriyə atəş açıb. 
Globalinfo.az xəbər verir ki, hadisə Kotayk mərzində yerləşən restoranların birində keçirilən məclis zamanı baş verib.
Məlumata görə, T.Xaçatryan sərxoş vəziyyətdə mübahisə zəminində tapançasından atəş açıb. Nəticədə yan masada oturan və mübahisədə iştirak etməyən bir şəxs yaralanıb.
Erməni generalın hadisə yerindən dərhal qaçdığı və hazırda hüquq-mühafizə orqanlarının onu axtardığı bildirilir.
Qeyd edək ki, Tiran Xaçatryan hər iki Qarabağ müharibəsində iştirak edib. 2020-ci ildə isə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini kimi döyüşlərdə rol oynayıb. 2021-ci ildə Nikol Paşinyanın baş nazir postundan istefasını tələb edən 40-dan çox rütbəli şəxslə birlikdə T.Xaçatryan da vəzifəsindən azad edilib.