Paşinyan MTX direktorunu yenidən vəzifəsinə təyin edib

Paşinyan prezidentin sərəncamını ləğv edərək MTX direktorunu yenidən vəzifəsinə təyin edib
Ermənstanın baş naziri Nikol Paşinyan Armen Abazyanı yenidən Milli Təhlükəsizlik Xidmətinə (MTX) direktor təyin edib.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, hökumətin ötən il noyabrın 30-da keçirilən iclasında Milli Təhlükəsizlik Xidmətinin rəhbəri və onun müavinlərinin ölkə prezidenti tərəfindən deyil, baş nazir tərəfindən vəzifəyə təyin, yaxud vəzifədən azad edilməsi qərara alınıb.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan prezident sərəncamı ilə vəzifəsindən azad edilmişdi.