Ermənistanda bu fəxri adlar ləğv olunacaq

Ermənistanda bir sıra fəxri adlar ləğv olunacaq.

Axar.az xəbər verir ki, bunu Ermənistan ədliyyə nazirinin müavini Armenui Arutyunyan deyib.

"Xalq artisti, əməkdar incəsənət xadimi, əməkdar jurnalist, əməkdar mədəniyyət xadimi, əməkdar iqtisadçı... Bütün bunlar ləğv olunacaq. Yalnız bir ad qalacaq: Əməkdar kollektiv", - nazir müavini vurğulayıb.

Nazir müavininin sözlərinə görə, bu rütbələrin peşəkarlıqla heç bir əlaqəsi yoxdur.