ABŞ bazasına növbəti hücum...

Suriyanın şimal-şərqində yerləşən ABŞ-ın Xarab Əl-Cir bazası pilotsuz təyyarələrlə hücuma məruz qalıb.

Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Suriyanın şimal-şərqindəki Hasekə əyalətindəki Xarab Əl-Cirdəki Amerika bazası PUA tərəfindən hücuma məruz qalıb”, - deyə bildirilib.

Bazada üç partlayış səsi eşidilib və ərazinin üzərində səmaya tüstü qatı qalxıb.