Qazaxıstan XİN: Tayvan Çinin ayrılmaz hissəsidir

Qazaxıstan Xarici İşlər Nazirliyi Tayvanda keçirilən seçkilərə münasibət bildirib.
APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, Qazaxıstan XİN Tayvanın Çinin ayrılmaz hissəsi olduğunu bəyan edib.
Qeyd edilib ki, rəsmi Astana Çin Xalq Respublikası hökumətinin ölkənin dinc birləşməsini həyata keçirmək yönündə səylərini dəstəkləyir.