X Frederik Danimarkanın yeni kralı olub

Anası II Marqretin taxtdan imtinasından sonra Danimarkanın yeni kralı X Frederik olub.

APA-nın DR telekanalına istinadən verdiyi xəbərə görə, II Marqret bu gün Kristiansborq sarayında keçirilən mərasimdə taxtdan imtina barədə sənədə imza atıb.

Bununla da X Frederik rəsmən yeni kralı olub.

Qeyd edək ki, II Marqret 52 il Danimarkanın kraliçası olub. 83 yaşlı kraliça Yeni il müraciətində bildirib ki, taxtdan imtina edəcək.